Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5826

Digər sorğular

Etimad Əsədov: "Vətənə xəyanət edən elə birbaşa məmurun özüdür"

18:37  |    21 Fevral 2018  |   E-mail  |  Çapa göndər

"Qardaş Türkiyədə də Afrin əməliyyatlarında, terrorçulara qarşı mübarizədə bir nəfər də olsun məmur övladının yaralanmasını, şəhid olmasını görmədik”.

Bu barədə "Sherg.az”a məmur övladlarının hərbi xidmət keçməməsindən danışarkən Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bildirib.

O vurğulayıb ki, şəhidlərin hamısı kənddən-kəsəkdən, ucqar bölgələrdən olan kasıb ailələrin övladlarıdır:

"Bizdə də belədir. Birinci Qarabağ savaşında Xəlil Rza Ulutürkün, həmin dövrdə universitetlərdən birində professor kimi fəalliyyət göstərən İzzət Rüstəmovun övladı şəhid oldu və bundan sonra o, baş nazirin müavini vəzifəsinə təyin olunub. Təbriz şəhid olanda Xəlil Rza həyat yoldaşına zəng edib bunları deyib: "Gözün aydın oğlumuz şəhid oldu". Amma reallıq odur ki, vətənin mübarizəsində kasıb təbəqənin nümayəndələri canlarını qoyurlar. Bu sahədə yazılmamış qanun var: "Cəfası sənin, səfası mənim”. Kasıb övladları vətənin dar günündə onun cəfasını çəkir, məmur övladları isə səfasını görürlər.

Keçmiş nazir Ziya Məmmədovun oğlunun hərbi xidmətdə olması ilə bağlı məlumatlar var idi. Həmin vaxt təsadüfən cəbhə bölgəsində, rayonlarımızın birinin hərbi komissarlığı ilə görüşdüm. Orada aydın oldu ki, sabiq nazirin oğlunun adı əsgərlərin siyahısına yazılıb, o da ayda bir dəfə dostları ilə bahalı maşında həmin bölgəyə gedir. Nazir oğlu xidmət etmək əvəzinə, əsgərləri başına yığıb, restoranın birində yeyib- içib, evinə qayıdırmış. Bu hallara qarşı qanunun aliliyi təmin olunmalıdır. Hər kəs üçün hərbi xidmət şərtləri eyni olmalıdır. Məmur övladları da istər cəbhə bölgəsində, istərsə də arxa cəbhədə hərbi xidmət keçməlidir. Bu məsələdə kasıblarla eyni hüquqa malik olmalıdır. Təəssüf ki, imkanı olan, azacıq gücü çatan insanlar pul verib, övladlarını arxa cəbhəyə hərbi xidmətə göndərir. İmkanı olmayanlar isə ancaq səngərlərdə, ön xətdə xidmət keçirlər. Bu, çox ağrılıdır. Məmurların övladları isə ümumiyyətlə, həqiqi hərbi xidmət keçmir. Onlar ən bahalı və rahat məkanlara yerləşdirilirlər. Hərbi xidmət keçən məmur övladlarının əksəriyyətinin adları əsgər siyahısında, özləri isə evlərindədir. Bu, Azərbaycanın bəlasıdır. Məmurlar bütün xalqa örnək olub, övladlarını hərbi xidmətə göndərməlidirlər. Həmin şəxslər də kasıb övladları kimi hərbi xidmət keçməlidir, insanlar da bunu görməlidir”.

Milli Məclisdə bununla bağlı məsələnin qaldırılmalı olduğunu iddia edən E.Əsədovun sözlərinə görə, məmurlara övladını hərbi xidmətə göndər deyəndə, əsas gətirirlər ki, guya onların oğlu, nəvəsi hərbi xidmət keçib:

"Halbuki həmin şəxslərin yalnız adı hərbi xidmət çəkənlər siyahısında olub.

Bütün bunlara baxmayaraq, yeganə xalqıq ki, vətəni müqəddəs anamızla müqayisə edirik. Vətən uğrunda savaşmaq hər bir Azərbaycan vətəndaşının ən ali borcudur. Sadaladığımız neqativ hallara rəğmən, Azərbaycanın kasıb övladları vətənə, dövlətə, millətinə bağlıdır. Çətin yaşasalar da, qeyrətli vətən övladları vətəni qoruyurlar, bu missiyanı ləyaqətlə daşıyırlar.

Azərbaycan xalqına, onun kasıb təbəqəsinə eşq olsun ki, canını səngərdə qoyub, bu soyuqda, yağışda, qarda, düşmənlə üzbəüz dururlar. O qeyrətli kasıb övladları vətənə xidmətdən qürur duyurlar. Bahalı maşınlarda gəzən, ayda bir dəfə cəbhədə görünüb, dostları ilə yeyib içən, komandirlərin "bığının altından keçib”, evinə qayıdan məmur övladları ata-ana, vəzifəli qohumların hesabına yaşadıqları ilə fəxr edirlər.

Məmur övladının hərbi xidmətə getməməsi məmurun özünün vətənə xəyanətidir. Vətəndən bəhrələnən bir məmur xalqa xidmət etməli olduğu halda öz şəxsi mənafeyini güdüb, pul yığır, harınlayır, övladını cəbhə bölgəsindən, hərbi xidmətdən çəkindirirsə, günah elə o məmurun özündədir. Necə ola bilər ki, məmur xalqın cəfasını yox, səfasını görür, üstəlik əldə etdiyi imkanların hesabına övladını da hərbi xidmətdən yayındırır? Ona görə, vətənə xəyanət edən elə birbaşa məmurun özüdür. Bütün bunlar vətənə qanı ilə yox, qarnı ilə bağlanmış məmurun övladına verdiyi tərbiyənin nəticəsidir. Vətənə xəyanət məmur övladlarının hərbi xidmətdən yayınmasından başlayır".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
06.01.2018
Xainlərin niyyəti İrandır
25.12.2017
Etimad Əsədov: “Bəlkə də əlil olmasaydım, taleyim daha dəhşətli olardı”
12.12.2017
Etimad Əsədov: ”Təki müharibə başlasın...” - VİDEO
26.10.2017
Etimad Əsədov: “Heç olmasa, bizə yaxşı bir yerdə qəbiristanlıq üçün yer ayırsınlar”
29.04.2016
Cənnət yolçuları...