Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5628

Digər sorğular

Şəhid atası: “Övladımın şəhidliyi mənə minlərlə oğul qazandırdı”

18:19  |    19 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan Dövlət İqtisad Universitetində aprel şəhidi, UNEC-in məzunu Mahir Mirzəyevin xatirəsi anılıb.

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dostları, döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şəhid məzunun tələbəlik dövründən bəhs edən İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev Mahirin məsuliyyətli, çalışqan olmaqla yanaşı, eyni zamanda vətənpərvərliyi ilə hamının sevimlisinə çevrildiyini qeyd edib. Millət vəkili, UNEC-in “Qiymət və qiymətləndirmə” kafedrasının müdiri, professor Xanhüseyn Kazımlı xalqımızın vətənin bütövlüyü, azadlığı uğrunda canından keçmiş qəhrəman övladlarına həmişə dəyər verdiyini, şəhidlərimizin xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb. O, UNEC ailəsinin Mahir kimi qəhrəmanlarla qürur duyduğunu bildirib.

M.Mirzəyevin atası Sabir Mirzəyev oğlunun gənc yaşda dünyadan köçməsini faciə hesab etsə də, onun vətən uğrunda şəhid olmasını qürurverici məqam adlandırıb. Mahirin şəhidliyinin ona minlərlə oğul qazandırdığını deyən S.Mirzəyev Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda Mahirlə birlikdə şəhid olanların açdığı zəfər yolunun xalqımızın tarixinə şərəflə yazıldığını vurğulayıb.

UNEC-in I kurs magistri, şəhidin bacısı Aygül Mirzəyeva, Mahirin qrup yoldaşları və döyüşçü dostları onunla bağlı xatirələrini bölüşüb, dostlarının həyata keçməyən arzularının bu gün onların əməllərində yaşadığını bildiriblər. Tədbirdə Mahirin tələbəlik illərindən hazırlanan videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Mahir Mirzəyev 2015-ci ildə UNEC-in İqtisadiyyat fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. Mahir 2016-cı ildə, aprel döyüşlərində cəbhənin Tərtər rayonu istiqamətində qəhrəmanlıqla şəhid olub. O, aprelin 9-da torpağa tapşırılıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Dövlət xidmətindən əcaib açıqlama: "Zəhərlənmə olmadığı üçün monitorinq keçirməmişik"
21.06.2018
Oliqarxların yüzlərlə süni balıq gölləri nəzarətə götürüldü, 147-si LƏĞV EDİLDİ
21.06.2018
Vikipediyada AXC ilə bağlı nə baş verir?-VİDEO
21.06.2018
Azərbaycana yay fəsli daxil olub
21.06.2018
“Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində