Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Bayılda təhlükəli ərazini satışa çıxardılar - Diqqətli olun! - VİDEO

10:17  |    19 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Sürüşmənin aktiv fazada davam etdiyi Bayıl yamacında aidiyyati bütün qurumlar tikinti aparmağı qadağan ediblər.

Ancaq məhz bu ərazidə tikinti aparmaq üçün icazə sənədi ilə birgə ərazilər elan saytlarında satışa çxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, nazirlik tikintini qadağan eləyib, ancaq həmin ərazidə tikinti icazəsi kağızı ilə torpaq satmaq elanı veriblər.


Söhbət Bayıl yamacında sürüşmə baş verən ərazidə satışa çıxarılan 48 sotluq ərazidən gedir. Qiyməti 4 milyon təklif edilən ərazidə bina, klinika, ofis, otel və sair obyektlərin tikintisi üçün çıxarış olduğu da qeyd olunub.

Ekspert Nofəl Quliyev bildirir ki, bu hal insanları aldatmaq üçün atılan bir addımdır və ordan topaq almaq heç bir məntiqlə düzgün seçim deyil.

Mütəxəssisin sözlərinə görə, təkcə həmin ərazidə deyil, Bakının sürüşmə baş verən digər ərazilərində də tikinti üçün torpaq almaq məqsədəuyğun deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da hazırda ən aktiv sürüşmə zonası olan Bayıl qəsəbəsində tikinti aparmağın birdəfəlik qadağan olunduğunu bildirib. O qeyd edib ki, Bayılı bundan artıq yükləmək olmaz.

Səbail rayon İcra Hakimiyyətindən də ''Xəzər Xəbər''ə bildiriblər ki, vətəndaşlar bəzi işbazların Bayıl yamacından torpaq satmaq təkliflərinə aldanmasınlar. Çünki həmin ərazidə vəziyyət o qədər gərgindir ki, hətta ağac əkməyə belə icazə verilmir. Həmin ərazidə isə 2000-ci ildən bu yana hansısa tikinti işi aparılmasına icazə verilmir.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrini qəbul edib
25.09.2018
Sabahln HAVA PROQNOZU
25.09.2018
Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ
25.09.2018
Azərbaycan mediasından dünyaya örnək layihə
25.09.2018
Azərbaycanda unikal silah istehsal olunub (FOTO)