Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6005

Digər sorğular

Millət vəkilinin Uludağda Qarabağ konfransı – Video

13:34  |    19 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Millət vəkili Qənirə Paşayeva Türkiyənin Uludağ Universitetində Qarabağla bağlı konfrans keçirib.

Axar.az xəbər verir ki, Q.Paşayeva gənclərin və müəllimlərin iştirak etdiyi tədbirdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

Tədbirin açılışında Uludağ Universitetində azərbaycanlı tələbələrin təmsilçisi, universitetin Proje Ayolyesinin rəsmisi Solmaz İsmayılova o acıları yaşamış bir Qarabağlı olaraq gəncləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin təbliğində fəal olmağa çağırıb və universitet rəhbərliyinin dəstəyi ilə bu konfransı təşkil etməkdə də məqsədin gənclərə geniş bilgilər verilməsi olduğunu bildirib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi tədbirdə Q.Paşayeva məruzə ilə çıxış edib. Millət vəkili Xocalı soyqırımı barədə geniş məlumat verib:

“Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı. Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun, insandı. Biz hələ də o səsləri yetəri qədər eşitmirik! Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Biz Xocalı soyqırımı da daxil olmaqla, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.

Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada daha da aktiv olmağa, dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağa çağırıb.

Tədbirdə Uludağ Universitetinin prorektoru Məhmət Yüce və universitet rəsmiləri çıxış edərək millət vəkili Q.Paşayevaya verdiyi konfrans və geniş məruzə üçün təşəkkürlərini bildirib və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.

Millət vəkili Q. Paşayeva müəllimlərə və gənclərə Türkiyədə çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını imzalı hədiyyə edib.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
XİN: Danimarka şirkəti Dağlıq Qarabağda heç bir iqtisadi fəaliyyətlə məşğul deyil
11.12.2018
Ermənilər Rusiyadan uzaqlaşmağa səs verdilər - Qarabağda müharibə yaxınlaşır?
11.12.2018
Qarabağ klanından Paşinyan hakimiyyətinə “şifrəli mesaj”
11.12.2018
Düşmən mövqelərimizi atəşə tutub
10.12.2018
Şahbaz Quliyevin qardaşı: “Bildiyim odur ki, quru nəfəsləri qalıb”