Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5623

Digər sorğular

Bakıda "Zeytun budağı" əməliyyatına dəstək aksiyası Türkiyə televiziyalarında - VİDEO

23:00  |    18 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başladığı "Zeytun budağı" hərbi əməliyyatına dəstək məqsədilə "Qardaşlığımız əbədidir" adlı tədbir keçirilib.

Bu barədə musavat.com dünən məlumat yaymışdı. Həmin məlumata görə, iştirakçılar tədbirdən əvvəl Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət ediblər.

Tədbirdə bildirilib ki, Türkiyənin Afrində başladığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bəyan etmək üçün Azərbaycan QHT-ləri tərəfindən "Qardaşlığımız əbədidir" devizi altında silsilə tədbirlər keçirmək məqsədilə təşkilat komitəsi yaradılıb.

Tədbiri "Qardaşlığımız əbədidir" kampaniyasının təşkilat komitəsinin sədri Emin Həsənli aparıb.


Qeyd olunub ki, Türkiyə dövləti bu əməliyyata başlayan kimi onu ilk dəstəkləyən dövlət Azərbaycan olub.

"Zeytun budağı" hərəkatı çərçivəsində yüzlərlə terrorçunun məhv edildiyi, terror qruplaşmalarının mövqelərinə sarsıdıcı zərbələrin endirildiyi vurğulanıb.


Tədbirdə general Məhəmmədhüseyn Sarıyev, Şəmistan Əlizamanlı, "Qardaşlığımız əbədidir" kampaniyasının təşkilat komitəsinin sədri Emin Həsənli, üzvləri Əkbər Qoşalı, Mübariz Göyüşov, Eldəniz Salmanov, Çingiz Bayramov, İlqar Orucov, Füzuli Rzaquliyev, Etimad Əsədov, bəstəkar Şahin Musaoğlu, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış ediblər.

Sonda tədbir iştirakçıları tərəfindən bəyanat qəbul edilib.

Bəyanat Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala təqdim olunub.

Bu əlamətdar tədbir Türkiyə televiziyalarına xəbər mövzusu olub. Musavat.com TRT Haber televiziyasının tədbirdən yayınladığı video -süjeti təqdim edir.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Rusiyadan kürdlərə böyük dəstək
19.06.2018
İran ABŞ-a hücuma hazırlaşır - O bölgəyə ORDU YERİDİLDİ
19.06.2018
Türkiyə Rusiyadan S-400 almaq barədə son qərarını verdi...
19.06.2018
Qənirə Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib
18.06.2018
Pentaqondan Menbiç açıqlaması: Türk ordusu…