Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6198

Digər sorğular

Qazaxıstan XİN qırğız deputatın saxlanıldığını təsdiqləyib

01:05  |    19 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Qırğızıstan XİN-i xüsusi əməliyyat zamanı bu ölkənin deputatı Asılbek Damirbekin saxlandığı barədə məlumatlandırıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Qazaxıstan XİN-nin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.

Qeyd edək ki, Qazaxıstan Baş Prokurorluğu Milli Təhlükəsizlik Komitəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Büro qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində Alma-Ata, Jambıl və Cənubi Qazaxıstan vilayətlərində, o cümlədən Alma-Ata şəhərində xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı 29 nəfər, o cümlədən 2 Qırğızıstan vətəndaşı saxlanılıb. Qırğızıstan mətbuatı saxlanılanlardan birinin bu ölkənin deputatı Asılbek uulu Damirbek olduğu barədə məlumat yayıb.

Dünən Qırğızıstan XİN deputatın saxlanılması xəbərinin təsdiq, yaxud təkzib olunması üçün ölkədəki Qazaxıstan səfirliyinə nota təqdim olunduğunu bəyan edib. Elə həmin gün də Qazaxıstan XİN notaya cavab verib və deputatın saxlandığı təsdiqlənib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.03.2019
Separatçılar “atəş nöqtəsini” məhv etdiklərini açıqladı
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
20.03.2019
Qazaxıstan parlamenti paytaxtın Nursultan adlandırılmasını dəstəkləyib - YENİLƏNİB
20.03.2019
Nazarbayev istefa verdi, amma hakimiyyətdə qalacaq
19.03.2019
Nazarbayev istefasını Putinlə müzakirə edib