Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6198

Digər sorğular

“Ögey ana” filmi ilə bağlı maraqlı fakt üzə çıxdı (VİDEO)

14:26  |    18 Fevral 2018  |   E-mail  |  Çapa göndər


"Ögey ana" filmini izləməyən çox az adam olar.

Bilirsiniz, filmdə bəzi aksiyonlu epizodlar var. Təhlükəli dağa dırmanıb koldan itburnu çiçəyi toplamaq, partlayış və s... Bəs bu epizodların "İsmayıl" rolunun əsas ifaçısı, sevilən aktyorumuz Ceyhun Mirzəyev tərəfindən canlandırılmadığını bilirdinizmi? Elə növbəti süjetimizdə "İsmayıl" rolunun dublyorundan danışacağıq.

At çapır... Dağa dırmanır... Partlayışda özünü yerə atır...

Balacadan-böyüyə hər kəsin sevə-sevə izlədiyi "Ögey ana" filmində "İsmayıl" rolunun bu epizodlarını Ceyhun Mirzəyev yox, onun dublyoru oynayıb...

Hazırda filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev dublyor kimi canlandırdığı epizodlardan xüsusi zövq aldığını deyir. Onun sözlərinə görə, ona təklif kino çəkilişləri zamanı gəlib. Dərs vaxtı bir qrup kino işçisi sinfə daxil olub və bir film üçün dublyor axtardıqlarını deyiblər. Rejissor isə xarici görünüşündə "İsmayıl"a bənzədiyi üçün onu seçib.

Kinoda həyəcanın kulminasiya nöqtəsi hesab olunan dağdan çiçəyin qopardılması və partlayış səhnəsini də Ceyhun Mirzəyev yox, məhz Vaqif Babayev oynayıb.

Çəkilişlər zamanı yaddaqalan anlar da az olmayıb.

Aktyorluq təcrübəsi olmasa da, səhnələrə peşəkar kimi çəkilən Vaqif Babayev bu işə görə həmin vaxt müəyyən qonorar də alıb. Bu film daha sonra aktyor və dublyor arasında sıx dostluq münasibətlərinin yaranmasına gətirib çıxarıb.

Vaqif Babayev bu filmdən sonra özünü aktyor kimi sınamaq istəsə də, bəzi səbəblərdən bu alınmayıb. Daha sonra o, başqa ixtisas üzrə təhsilini davam etdirib. Hazırda pensiyaçı olan Vaqif Babayev uzun müddət xalçaçılıqla məşğul olub.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.03.2019
Kəpəyin istehsalı və satışı vergidən azad edilir
17.03.2019
Nazirlik: Banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilər
16.03.2019
Azərbaycanda qazla işləyən avtomobillər istehsal olunacaq
15.03.2019
Mərkəzi Bank açıqladı: dollar kəskin ucuzlaşa bilər
15.03.2019
Azərbaycanın Baş naziri 72 yaşı tamamladı - AD GÜNÜ