Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Şəmistan Əlizamanlıdan “Zeytun budağı” əməliyyatına dəstək – “Yürüyün, əsgər!” mahnısını ifa elədi - VİDEO

23:05  |    16 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatın dəstək olaraq “Yürüyün, əsgər!” adlı xüsusi mahnı ifa edib.

QAZİLER.AZ saytı ifaçıya istinadən xəbər verir ki, mahnının sözləri ölməz Azərbaycan şairi Əhməd Cavadın, musiqisi isə Ş.Əlizamanlının özünə məxsusdur. Orenjeman Fərahim Sadiqə məxsusdur.

Onun ifası bu gün Türkiyənin nüfuzlu “A haber” kanalında yayımlanıb.

İfaçının saytımıza verdiyi məlumata görə, Əhməd Cavad bu şeiri 1918-ci ildə Azərbaycanı xilasa gələn Qafqaz İslam ordusunun şərəfinə yazıb.

Bir müddət əvvəl isə Ş.Əlizamanlının ifa etdiyi “Tanrı Türkə yar olsun!” mahnısı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın reklam çarxında istifadə edilərək qardaş ölkənin televiziya kanallarında, internet resurslarında geniş yayımlandı. Bu mahnının sözləri isə şair Nizami Saraclıya aiddir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyata başlayıb. Və Türkiyə Silahlı Qüvvələri terrorçulara böyük zərbələr vurmaqdadır.

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycanda xalq artisti adı almış ermənilər (SİYAHI)
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
20.09.2018
Bədənində qəlpə gəzdirən müharibə veteranı, əməkdar artist işdən niyə çıxarılıb? - VİDEOMÜSAHİBƏ
18.09.2018
Musiqinin Məcnunu - VİDEO
18.09.2018
“Sinif yoldaşları”nın premyerası olacaq