Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5620

Digər sorğular

Qonşu ölkə dəhşətli xəstəliklə qarşı-qarşıyadır

23:48  |    16 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Gürcüstan qızılca epidemiyası ilə qarşı-qarşıyadır. Bunu ictimaiyyətdən gizlətməyin mənası yoxdur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, bu gün Gürcüstanda 268 qızılca xəstəsi qeydə alınıb. Epidemiya əsasən Acariyada yayılıb. Qeydə alınan qızılca xəstələrinin 70 faizi Acariyadadır. Amma xəstələrin sayı paytaxt Tbilisidə durmadan artır.

A.Qamkrelidze əhalini özlərini və yeni nəsli müdafiə etmək üçün peyvənd vurdurmağa çağırıb. Bildirib ki, ölkədə uşaqların çoxuna qızılcaya qarşı peyvənd vurulmayıb. Hazırda uşaq bağçaları və məktəblərdə uşaqların peyvənd olub-olmaması araşdırılır.

Onun sözlərinə görə, Gürcüstanda 20-40 yaş arasında insanlara, xüsusən də qadınlara qızılcaya qarşı peyvənd vurulmayıb.

“Ana olmaq istəyən qadınlara xüsusilə peyvənd vurulmalıdır ki, onlar dünyaya sağlam uşaq gətirə bilsinlər”, - deyə Qamkrelidze vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır
16.06.2018
Azərbaycanlıların qatili olan erməni general tutuldu - Video
16.06.2018
Sərkisyana şok: Həbs edilir – 400 milyonluq ittiham
14.06.2018
Bahalaşma Ruhanini dilə gətirdi - "Anbarları boşaldın"
14.06.2018
Gürcüstanın baş naziri o ola bilər.. - 36 yaşlı namizəd