Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Karasuda Qarabağ prospekti, parkı və abidəsi açılacaq (FOTO)

12:03  |    16 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Türkiyənin Sakarya şəhərində səfərdə olan Azərbaycanın millət vəkili Qənirə Paşayeva Karasu bələdiyyə başçısı Mehmet İspiroğlu ilə görüşüb.

Trend-in məlumatına görə, millət vəkili Sona Əliyeva, Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Bilal Dündar, Sakarya təmsilçisi Aqil Bağırovun da iştirak etdiyi görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı da fikir mübadiləsi aparılıb.

Q.Paşayeva yaxın zamanlarda Karasuda mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə, abidənin qoyulacağına inandığını deyib, təkliflərlə çıxış edib və Karasu bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Karasu bələdiyyə başçısı M.İspiroğlu Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəklərini deyib.

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, həmişə Azərbaycanın yanında olduqlarını və Q.Paşayevanın Karasuda Qarabağ parkı və abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

Görüş zamanı Karasu bələdiyyəsi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, TADEF və onun Sakarya təmsilçiliyi arasında protokol imzalanıb. Protokola əsasən, Karasuda yaxın günlərdə Qarabağ, Azərbaycan prospektinin açılışı olacaq.

Görüşdə Qarabağ həqiqətlərinin Türkiyədə daha geniş tanıdılması istiqamətində yeni layhələr ətrafında fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ferdinand de Sössürün məşhur “Ümumi dilçilik kursu” əsəri Azərbaycanda işıq üzü gördü
21.09.2018
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
20.09.2018
Novruz Həsənov dünyasını dəyişdi
09.09.2018
Türkiyənin zirehli texnikaları Suriya ilə sərhədə göndərildi
04.09.2018
“Paşinyan Qarabağ məsələsində güzəştlərə hazır deyil” - Politoloq