Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5838

Digər sorğular

Erməni əhalisi panikada

22:19  |    15 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Karabakh.tv erməni KİV-lərinə istinadən xəbər verir ki, fevralın 13-də Senatın kəşfiyyat üzrə Komitəsindəki dinləmələrdə ABŞ-ın, Mərkəzi Kəşfiyyat İdarəsinin, Federal Kəşfiyyat Bürosunun və milli təhlükəsizlik Agentliyi rəhbərlərinin iştirakı ilə dinləmələr keçirilib və bir sıra məruzələrdə 2018-ci ildə Dağlıq Qarabağda gərginliyin artması, yaxud genişmiqyaslı hərbi əməliyyatların həyata keçirliməsi təhlükəsinin reallığı öz əksini tapıb.

ABŞ Milli kəşfiyyatının hesabatı erməni ictimaiyyəti tərəfindən kütləvi şəkildə total həyəcanla qarşılanıb.

Problem bu proqnozun təzə və qeyri-adi olmamasındadır. Çünki məhz erməni hərbçilərinin törətdiyi davamlı təxribatların nəticəsində Azərbaycanla təmas xəttində səngər döyüşləri heç vaxt səngiməyib. ABŞ kəşfiyyatı isə məlum qənaətə məhz bu aspektdən çıxış edərək gəlib.

Ermənistanda ciddi müzakirələrə səbəb olan bu proqnozlar əgər bir tərəfdən əhali arasında əsl çaxnaşmadan xəbər verirsə, digər tərəfdən də bütün informasiya daşıyıcılarını hərəkətə keçməyə məcbur edib. İndi yerli Kütləvi İnformasiya Vasitələrinin mütləq əksəriyyəti öz əsas vəzifəsini sakinlərin ciddi narahatlığına start verən bu proqnozu bir qədər yumşaltmaqda görür.

Məsələn, 1in.am saytının şərhçisi Aram Amatuni “Ermənistanın başqa çıxış yolu yoxdur” məqaləsində yazır:
“Söhbət birbaşa Ermənistandan gedirsə, biz diplomatik sahədə daha aktiv fəaliyyət göstərməli, siyasi tarazlığı qorumalı, korrupsiyaya qarşı mübarizə aparmalı və müdafiə qüdrətimizi davamlı şəkildə artırmalıyıq. Cəmiyyət panikaya düşməməlidir. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Onun xilası inkişaf etməkdən, səmərəli idarəetmədən və modernləşməkdən keçir. Başqa sözlə desək, biz müasirləşməli, suveren bir ölkəyə çevrilməliyik. Əks-təqdirdə müharibə qaçılmazdır!..”

Göründüyü kimi, Aram Amatuninin məlum qənaəti Ermənistanda müharibə ehtimalının yerli əhali tərəfindən anlaşıqsız qarşılanmasına ciddi eyham vurur. Başqa sözlə desək, Ermənistanda əhalinin mütləq əksəriyyəti bu qənaətdədir ki, baş verə biləcək hər hansı genişmiqyaslı hərbi əməliyyatlar arzuolunmazdır, xalqın ümumi fikri ilə üst-üstə düşmür. Bu isə öz növbəsində son anda düşmən tərəfinin hər hansı hərbi əməliyyat öncəsi ağ bayraq qaldırması anlamına gəlir.

Karabakh.tv
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə
26.07.2018
Köçəryan istintaqa ifadə verir