Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6008

Digər sorğular

Röya Ayxanın Aygün Bəylərə qarşı iddiası məhkəmə baxışına verilib

19:56  |    15 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası davam etdirilib.

Qaziler.az-ın məlumatına görə, bu barədə "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.

Onun sözlərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və onun nümayəndəsinin növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra məhkəmə iclası baxışa verilib.

Məhkəmənin baxış iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Şəmistan Əlizamanlı yenidən “Diriliş Ərtoğrul”da
08.12.2018
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO
06.12.2018
Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq
29.11.2018
“Onsuz yaşaya bilmərəm, Allah bizi ayırmasın” - Könül Xasıyeva
26.11.2018
Xalq artistimiz məşhur türk serialında rol alıb...-FOTO/VİDEO