Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

Neft niyə sürətlə ucuzlaşır?Ekspert

22:36  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Son 20 gün ərzində dünya bazarlarında neftin qiyməti 8,1 dollar və ya 11,5 faiz ucuzlaşıb. Yəni 20 gün öncə bir barreli 70,8 dollara satılan neft indi 62,8 dollara satılır.

Axar.az xəbər verir ki, bu haqda keçmiş maliyyə naziri, professor Fikrət Yusifov qeyd edib. İqtisadçı bildirib ki, 2016-cı ilin yanvar ayından sonra neftin qiymətlərində belə kəskin azalma müşahidə olunmayıb:

“Qiymətlərdə kəskin azalmalar 2014-cü ilin ikinci yarısından başlayaraq 2015-ci ilin sonlarına qədər müşahidə edilmişdi. Bəs neftin qiymətləri 70 dollarlıq psixoloji həddi keçdikdən sonra nə baş verdi? Yenə də ABŞ-ın neftin qiymətləri ilə bağlı “strategiyası” işə salınır. Təkcə 2018-ci ilin yanvarında ABŞ-da gündəlik neft hasilatı 100 min barrel artıb. Birləşmiş Ştatların gündəlik ümumi neft hasilatı artıq 10,2 milyon barreldir. Bu, ABŞ-da neft hasilatı üzrə 1970-ci illərin rekordunun yenilənməsi deməkdir. Yetmişinci illərdə ABŞ-da gündəlik neft hasilatı 9,6 milyon barrel təşkil edirdi. Bu günə məlum olan odur ki, cari ilin sonuna qədər ABŞ gündəlik neft hasilatını 10,6 milyon barrelə, 2019-cu ildə isə 11,2 milyon barrelə çatdırmağı hədəfləyir”.

Qeyd edək ki, hazırda VTİ nefti 1 barrelə görə 59,17, “Brent” markalı neft isə 62,80 dollara satılır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.08.2018
İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını belə əsaslandırdı
19.08.2018
Azərbaycanda benzin bahalaşdı
19.08.2018
Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər - SƏFİR
18.08.2018
Dərman qaçaqmalçılığının qarşısı alınıb - VİDEO
16.08.2018
Prezidentin çıxışını təhrif etdiyi bildirilən APA-nın jurnalistindən AÇIQLAMA