Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

Fazil Mustafa: “Erməni lobbisinin düşündüyü plan iflasa uğradı”

19:38  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər

“Milan Məhkəməsinin qərarında əslində, qeyri-adi heç nə yoxdur və bu qərarın qəbul olunması gözlənilən idi”

Bunu Publika.az-a Avropanın tanınmış siyasətçilərindən olan İtaliyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Luka Volontenin Milan Məhkəməsində bəraət almasını şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Musfafa deyib.

Millət vəkilinin sözlərinə görə, sadəcə olaraq Avropadakı bəzi qüvvələr siyasi məqsədlər üçün Azərbaycana qarşı bu məsələdən istifadə etmək istəyirdilər.

“Lakin bu alınmadı. Avropadakı bəzi güclər bəzi Azərbaycan millət vəkillərinin də adını bu işdə hallandıraraq Azərbaycanın Avropa Şurası və başqa yerlərdə bu prosesdə iştirakı görüntüsünü yaradırdılar. Nəticədə, aydın oldu ki, bunların hamısı məqsədyönlü şəkildə bir qaralama kampaniyasıdır. Sadəcə normal münasibətlər zəminində baş verən hadisələr idi. Prosesdə adı hallandırılan şəxslər də Azərbaycan üçün kifayət qədər çalışan vicdanlı insanlardır. Onların hər hansı formada qaralanması üçün heç bir əsas yoxdur. Xaricdə yüzlərlə bundan ağır faktlar baş verir və bunların üzərinə gedən yoxdur. Bu, erməni lobbisinin düşündüyü bir plan idi və iflasa uğradı. Luka Volontenin bəraət alması da bunun nəticəsi idi. Qalan siyasi tamaşaların da hamısı yəqin ki, boşa gedəcək”, - o deyib.

Müsahibimiz vurğulayıb ki, bu işdə Azərbaycanın keçmiş səlahiyyətli və sonradan müxalifətə keçən şəxslərinin də xüsusi yönləndirməsi var idi.

F. Mustafa qeyd edib ki, Milan Məhkəməsinin qərarı erməni lobbisi və ermənipərəst qüvvələrinin təbliğatının iflasına gətirib çıxaracaq: “Çünki buna çox böyük əhəmiyyət verdilər. Mövzunu Avropa Şurasınında bir ildir gündəmdə saxlamağa çalışırdılar”.

Xatırladaq ki, dünən Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət alıb.

Luka Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu. İki il davam edən məhkəmə prosesinin nəticəsində bu ittihamın iddiadan ibarət olduğu, Azərbaycan hökumətinin L.Volonteyə rüşvət vermədiyi və italiyalı siyasətçinin günahsız olduğu ortaya çıxıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
31.07.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov
28.07.2018
Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!
26.07.2018
Zaranı qəsddən göndəriblər- deputatdan sensasion iddia
25.07.2018
"Jara"dan Zaranın tədbirdə iştirakı ilə bağlı - Açıqlama