Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6144

Digər sorğular

Əsədin Türkiyə qorxusu: AFRİNƏ GƏLƏ BİLMƏDİ

23:17  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Terror təşkilatı PKK/YPG-nin Əsəd qüvvələrini Afrinə dəstəyə çağırmasına baxmayaraq, terrorçulara dəstək verməməsinin səbəbinin Türk əsgəri ilə üz-üzə gəlməkdən qorxduğu üçün olduğu ortaya çıxıb.

Terror təşkilatı PKK/PYD-nin komandirləri Əsədin yalnız Afrinin cənubunda bir "dəhlizə" icazə verdiyini və buradan Afrindəki terror ünsürlərinə ərzaq və dərman göndərildiyini deyir.
Amma Əsədin nəzarətindəki bu dəhliz bir "humanitar dəhliz"dən kənar fəaliyyət göstərir. Afrinə getməyin yeganə yolu olan bu dəhliz, irəliləyən Türk əsgərlərinə qarşı durmaq istəyən terror təşkilatı PKK/PYD-ni xarici dünyaya bağlayan xilaskar bir funksiyanı həyata keçirir.
Terror təşkilatı PKK/PYD terrorçuları, həkimlər, diplomatlar və əcnəbi jurnalistlər ötən həftələrdə bu marşrutu istifadə edərək bölgəyə gəlib.

TERROR TƏŞKİLATI DƏVƏT ETSƏ DƏ ƏSƏD QORXUDAN GETMƏDİ

Terror təşkilatı PKK/PYD-nin nəzarətində olan Afrindəki terrorçular, Əsədi Türkiyənin hərəkatına qarşı sərhədləri qorumaq üçün rəsmən dəvət edib.
Lakin rəsmi Dəməşq indiyə qədər bu istiqamətdə bir hərbi addım atmaqdan çəkinib.
Bunun arxasında isə Türkiyə qorxusu yatır. Suriyalı rəsmiləri çıxışlarında bu fikri dəstəkləsələr də, meydançada buna yönəlik bir addım atılmayıb.

MÜHASİRƏ ALTINDADIR

Afrin uzun zamandır üç tərəfdən Türkiyə və Suriyanın yerli xalqından təşkil olunmuş ASO tərəfindən mühasirə vəziyyətdədir.
Afrinin cənubunda hökumətin əlində olan bu bölgə terror təşkilatı PKK/PYD, müttəfiqləri ABŞ və bir çox Avropalı muzdlu qatillərin Afrinə girib, çıxması üçün yeganə yoldur.
Əgər Dəməşq bu xətti bağlayarsa, Afrin dörd tərəfdən əhatə edilmiş olacaq ki, bu da Afrindəki terror təşkilatı PKK/PYD-nin can damarının qoparılması anlamına gəlir.

Müxalifət.az

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ərdoğan: “Erməniləri deportasiya etməyəcəyik”
20.02.2019
“Paşinyan “xaç atası” kimi...” – Şarmazanovdan şok Qarabağ açıqlaması
20.02.2019
Qızını erməniyə ərə vermiş Ağadadaş Kərimov azərbaycanlı - çeçen görüşündən belə qovuldu - VİDEO
20.02.2019
İdlib əməliyyatı buna görə gecikir - Video
19.02.2019
“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ