Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

ABŞ kəşfiyyatından ŞOK ETİRAF -Türkiyə bunu gözləyirdi

18:19  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər

ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun ABŞ Konqresinə təqdim etdiyi “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində Türkiyənin çoxdan gözlədiyi bir etiraf yer alıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məruzədə YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğu və muxtar bölgə axtarışında olduğu qeyd edilib.

“YPG PKK-nın Suriyadakı döyüşçüləri böyük ehtimalla muxtar bölgənin yaradılması axtarışına girəcəklər, ancaq Rusiya, İran və Türkiyənin müqavimətilə qarşılşacaqlar. Rusiya və İran Suriyada uzunmüddətli hərbi mövcudluğu planlaşdırır. Onlar hərbi baza haqları ilə yanaşı, neft və qaz kəşfiyyat-axtarışı üzrə müqavilələrini təmin etməyə çalışacaqlar”, - sənəddə deyilir.

Məruzədə həmçinin bildirilir ki, İran Suriya vasitəsilə Livana quru dəhlizi yaratmağa çalışır.

Qeyd edək ki, Ankara və Vaşinqton arasında mövcud olan hazırkı gərginliyin əsas səbəbi ABŞ-ın YPG-yə göstərdiyi maliyyə və silah yardımı göstərilir. Türkiyə YPG-ni terror təşkilatı kimi tanısa da, ABŞ bu mövqedə deyil.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2018
XİN-dən alman deputata viza verilməməsi ilə bağlı açıqlama - YENİLƏNİB
21.08.2018
Putin Paşinyanla müharibəyə başlayır – Bakının “Rus NATO-su”na qoşulması...
20.08.2018
Zəvvarlar şəhidlərimizin fotoları olan geyimdə Kərbəlada - FOTOLAR
20.08.2018
Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı
19.08.2018
Qənirə Paşayeva Koreyadan Türk Dünyasının dostları olan ziyalılar ilə Qarabağdan danışıb - FOTO