Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi açıqlanıb - SİYAHI

17:02  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.

Bu barədə Qaziler.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Seçkilərin təşkili məqsədilə yaradılan komissiyasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq, Nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın aidiyyəti fəaliyyət sahələri üzrə hüquqi aktların qəbulunda, bu sahələrdə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb.

Ə.Cəbiyev vurğulayıb ki, Nazirlik yanında İctimai Şuranın əvvəlki tərkibdə fəaliyyət müddətinin qanunvericiliyə uyğun olaraq, başa çatması ilə əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Komissiya tərəfindən şuraya üzv olmaq istəyən 49 nəfərin namizədliyi və səsvermədə iştirak üçün 184 QHT nümayəndəsi təsdiq edilib. Ümumilikdə isə, səsvermədə iştirak üçün 233 nəfər nümayəndənin iştirakı təsdiqlənib.

Bu il fevralın 6-da keçirilən ilk seçki zamanı namizədlərin İctimai Şuraya üzv seçilməsi üçün müvafiq Əsasnamədə nəzərdə tutulan qaydada keçirilən səsvermə nəticəsində yalnız iki nəfər şuraya üzv seçilib.

İctimai Şuranın qalan 13 üzvünün də seçilməsi üçün keçirilən təkrar seçki vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin fəallığı şəraitində keçib. Tədbirin yekununda səslər komissiya üzvlərinin iştirakı ilə hesablanıb. Nəticədə namizədlərdən daha 13 nəfər şuraya üzv seçilib. Beləliklə, səsvermənin nəticələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın 15 nəfərdən ibarət yeni tərkibini təşkil edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələri müəyyən olunub.

Həmin şəxslər aşağıdakılardır:

1. Rəhimli Davud Səid oğlu (Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri)

2. Rizazadə İradə Bağır qızı (“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri)

3. Əliyev Mayis Nəbi oğlu (”Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri)

4. Əsədov Ehtimad Savalan oğlu (“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri)

5. Həsənov Məmmədhəsən Murad oğlu (“Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri)

6. Həsənov Mirhəsən Yusif oğlu (“Azərbaycan Cernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri)

7. Kərimov Akif Meybulla oğlu (“Kür-Xəzər” xeyriyyə İctimai Birliyinin sədri)

8. Quliyev Zaur Yunis oğlu (“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri)

9. Mehdiyev Mehdi İmdad oğlu (“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri)

10. Mirzəyev Umud Rəhim oğlu (“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun prezidenti)

11. Nuriyev Əliməmməd Mali oğlu (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti)

12. Zeyni Rauf Xurşud oğlu (Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti)

13. Yusifova Şəhla Şərif qızı (“Jurnalist Qadınlar Assosiasiyası”nın vitse prezidenti)

14. Zeynalova Mehriban Heydərəli qızı (“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri)

15. Salmanov Elçin Fikrət oğlu (“Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası”nın sədr müavini)

Qeyri-hökumət təşkilatlarının rəhbərləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinə üzvlüyə namizədlərin müəyyən olunması və seçkilərin keçirilməsi prosesinin bərabər əsaslarla, şəffaf və ədalətli tərzdə keçirilməsindən razılıqlarını ifadə edib, İctimai Şuranın yeni tərkibdə fəaliyyətinə uğurlar arzulayıblar.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirilib
21.09.2018
Sahil Babayev 4 rayon və şəhərin sakinləri ilə görüşüb
21.09.2018
Sahil Babayev və Orxan Məmmədov memorandum imzalayıblar
19.09.2018
Məişət zorakılığına məruz qalan uşaqlara müxtəlif növ yardım göstərilib
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib