Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5305

Digər sorğular

Rusiyalı musiqiçilər Azərbaycan hökuməti və xalqından üzr istədilər

14:43  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daha bir rusiyalı musiqiçini adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Vitali Vatulya, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Məktubunda Vitali Vatulya 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Vitali Vatulya Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20 000-dən artıq insanın həlak olduğunu qeyd edib.

Vitali Vatulya həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Vitali Vatulyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.02.2018
Sərkisyan azərbaycanlıdan soruşdu: Haralısan?
17.02.2018
Türklərdən hollandlara soyqırım cavabı - Faktlar
17.02.2018
Rusiya böyük qonşumuzdur və onsuz olmaz - Almaniya
17.02.2018
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...
17.02.2018
Saakaşvili hardasa buralardadır... - Klimkin