Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5310

Digər sorğular

Bakıda saxta pul hazırlayanlar tutulub

14:03  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11 700 saxta manatı 2 900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Azərbaycan polisindən nümunəvi addım
20.02.2018
Ziya Məmmədovdan evinin yanması xəbərinə reaksiya (AÇIQLAMA)
20.02.2018
Nazirliklərdə İSTİSMAR - Mikayıl Cabbarov Fazil Məmmədovun “ənənəsinə” son qoydu
20.02.2018
Tələbələrin nəzərinə: Biznes ideya müsabiqəsi başlayır
20.02.2018
Sabahın hava PROQNOZU