Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

14 fevral nehrəmli şəhidin doğum günüdür

12:55  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Fevralın 14-ü şəhid təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyevin anadan olduğu gündür.

Şəhid təyyarəçi baş leytenant Yusif Yaqub oğlu Vəliyev 1968-ci il fevralın 14-də Nehrəm kəndində doğulub. 1985-ci ildə Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1985-1990-cı illərdə Riqa Ali Hərbi Aviasiya Akademiyasında təhsil alıb. Təhsilini başa vuran Yusif Vətənin dar günündə vətəni Azərbaycana dönərək, doğulduğu Naxçıvan torpağında xidmət etməyə başlamışdır.
1992-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət nümunəsi göstərən Vəliyev Yusif Yaqub oğlu 1992-ci ilin mayın 12-də şəhidlik zirvəsinə ucalmışdır.

Yusif Vəliyev torpaqlarımızın müdafiəsində və Milli Ordunun yaradılmasında göstərdiyi xidmətlər və apardığı mübarizə danılmaz bir həqiqətdir. Dar gündə Vətənə dönməsi onun qəhrəmanlığının sübutudur. Bu addımı onu igidliyin ən bariz nümunəsinə çevirmişdir. Qanadlanan şahinimiz Vətənin səmasına yüksələrək, düşmən üzərinə hücuma keçmiş, lakin qanadlarına tuş gələn düşmən gülləsi onu bu ənginliklərdə də əbədiyyətə qovuşdurmuşdur. Ona dəyən güllə xalqın ürəyindən keçsə də, bu yara heç kəsi sarsıtmamış, əksinə, hər kəsin iradəsini, təpərini möhkəmlətmiş, mübarizəyə səsləmişdir. Xalqımız hər zaman Yusif kimi oğulları ilə fəxr etmiş və edəcəkdir. Şəhidimizin Nehrəm kəndində Şəhidlər Xiyabanında büstü ucaldılmışdır.

Qaziler.az



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Cəbrayılın İŞĞALI: “Mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar” – Keçmiş döyüşçü DANIŞIR
21.08.2018
“Sükut gözlənilmədən pozulacaq” – Qarabağ terrorçularının müharibə qorxusu
21.08.2018
Cəbhədə düşmən təxribatı davam edir
20.08.2018
Milli Qəhrəmanın doğum günüdür
20.08.2018
Cəbhədə son durum