Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6144

Digər sorğular

Girov ailələrindən “Qırmızı Xaç”a İTTİHAM: “Hanı o məktub, niyə boş-boş açıqlama yayırlar?!”

15:55  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Ötən həftə Beynəxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

Bu barədə Modern.az-a BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O qeyd edib ki, şəxslərdən ailələrinə məlumatlar çatdırılıb, eyni zamanda ailələrinə çatdırılması üçün məlumatlar götürülüb.

Modern.az verilən məlumatlarla bağlı girov ailələrilə əlaqə saxlayıb.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev Komitənin bu açıqlamasında bərk hiddətlənib:


“Kim baş çəkib, kimə baş çəkib?! Mən iki aydır ki, qardaşımdan xəbər almıram. Deyirlər “ailələrinə çatdırılması üçün məlumatlar alınıb”. Hanı o məlumatlar, hanı məktub, hanı video?! Əgər başçəkmə olmayıbsa, niyə bu cür boş-boş açıqlamalar yayırlar?!”.

Dilqəm Şahbazın oğlu Kürdoğlu Əsgərov da bu ay ərzində atasından hər hansı vasitə ilə məlumat almadığını vurğulayıb.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə 2017-cilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. O da hazırda girovluqdadır.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
20.02.2019
Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq
20.02.2019
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
20.02.2019
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
20.02.2019
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 29 dəfə pozub