Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6144

Digər sorğular

XİN rusiyalı musiqiçinin adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

15:31  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Mariya Nemtsova, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.

Nazirlikdən bildirilib ki, məktubunda Mariya Nemtsova 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Mariya Nemtsova Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən çox insanın həlak olduğunu bildirib.

Mariya Nemtsova həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu söyləyib.

Mariya Nemtsovanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycan XİN səfir Elşad İskəndərovla bağlı məlumatlara münasibət bildirib
20.02.2019
Azərbaycan səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu
20.02.2019
İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
20.02.2019
Azərbaycan Prezidenti Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
20.02.2019
“Azərbaycanın hava qüvvələri o qədər güclüdür ki...” - düşməndən acı etiraf