Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5772

Digər sorğular

“Qarabağda irimiqyaslı müharibə gözlənilir” - ABŞ Milli Kəşfiyyatının direktoru

10:36  |    14 Fevral 2018  |   E-mail  |  Çapa göndər


“Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə Azərbaycanla Ermənistan arsında irimiqyaslı hərbi münaqişəyə keçə bilər”.

Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats tərəfindən dərc edilən “Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzədə bildirilir.

Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilir. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin “kompromislərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Məruzəyə əsasən Kreml keçmiş sovet respublikalarının ərazisində öz təsir imkanlarını daha da genişləndirəcək. Bu məqsədlə “aqressiv və opportunist xarici siyasət” yürüdüləcək.

ABŞ Milli Kəşfiyyatı Gürcüstanın da vəziyyətinin mürəkkəb olaraq qaldığını, bunun mənbəyinin Rusiyanın Tiflisin Qərbə inteqrasiyasını əngəlləmək səyləri olduğunu bildirir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Cəbrayılın İŞĞALI: “Mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar” – Keçmiş döyüşçü DANIŞIR
21.08.2018
“Sükut gözlənilmədən pozulacaq” – Qarabağ terrorçularının müharibə qorxusu
21.08.2018
Cəbhədə düşmən təxribatı davam edir
20.08.2018
Milli Qəhrəmanın doğum günüdür
20.08.2018
Cəbhədə son durum