Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

Ermənistanda sosial partlayış olacaq - Ekspert

23:16  |    13 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Ermənistandakı seçkilər faktiki olaraq “Qarabağ kartı”na köklənib.

Separatçılara verdiyi müstəqillik sözündən dönə bilməyən və ya fiziki məhvə gətirib çıxara biləcək hadisələrdən qorxan prezident Serj Sarkisyan və onun komandası öz vətəndaşlarını düşünmür, status-kvonu saxlamaqla hakimiyyətini qoruyur. Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır və seçkilərə mənfi təsir göstərəcək.

Bu fikriləri Azərtac-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib. O bildirib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atmaması ölkəni faktiki olaraq iqtisadi tənəzzüllə üz-üzə qoyur. Bu vəziyyət isə erməni ictimaiyyətində sosial və siyasi narazılıq yaradır. Azərbaycan isə regionda sabitliyin qorunması üçün ikili və üçlü formatlara imza atıb.

Siyasi ekspert qeyd edib ki, Ermənistan regionda həyata keçirilən layihələrdən kənarda qalır. Bu ölkə regionda təhlükəsizliyi pozan güc kimi xarakterizə olunur. Yerevan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə razı olmalıdır. Əks halda, ölkədəki iqtisadi gərginlik erməni əhalisini səfalət məngənəsində sıxacaq.

Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan beynəlxalq miqyaslı böyük iqtisadi layihələrə müəlliflik edir və buna görə də super güclərlə eyni müstəvini bölüşür. Buna misal olaraq, Bakı-Tbilisi-Qars dəmir yolunu, TAP, TANAP layihələrini, Şimal-Cənub nəqliyyat dəhlizini və digər layihələri qeyd etmək olar. Təkcə “Əsrin müqaviləsi”nin müddətinin uzadılması Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada durmasından xəbər verir. Bu layihələrdə Ermənistandan başqa bütün region dövlətləri iştirak edir. Bu ölkənin layihələrdən kənarda qalması Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması ilə bağlıdır. Sosial-iqtisadi vəziyyətin gərginliyi də iğtişaşlara yol açır. Seçkilərin müddəti yaxınlaşdıqca bu gərginlik artacaq. Ermənistan başa düşməlidir ki, iqtisadi çətinliklər, vətəndaşların sosial rifahının durmadan aşağı düşməsi sosial partlayışa gətirib çıxaracaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
31.07.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov
28.07.2018
Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!
26.07.2018
Zaranı qəsddən göndəriblər- deputatdan sensasion iddia
25.07.2018
"Jara"dan Zaranın tədbirdə iştirakı ilə bağlı - Açıqlama