Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5620

Digər sorğular

Çində qeyri-adi şəhər salınır: 1 milyon çiçək...

20:54  |    13 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Dünya şöhrətli italyan memar Stefano Boeri "Liuzhou Forest City" adlı yeni layihəsini təqdim edib.

Qaziler.az saytı Qaynarinfo-ya istinadən xəbər verir ki, layihə Quanqxi Zuanq Muxtar Vilayətində reallaşdırılacaq. Layihənin məqsədi ətraf mühitin, təbiətin mühafizəsi, hava kirliliyinin qarşısının alınmasıdır. "Liuzhou Forest City"də 40 min ağac, 1 milyon çiçək əkiləcək, nəticədə bitkilər il ərzində 57 ton karbonu udub, 900 ton oksigen ifraz edəcəklər. Memar bildirir ki, şəhərin inşası və bitkilərin əkilməsi ilə təkcə havadakı karbondioksid miqdarı azalmayacaq, həmçinin tikililərin iç və çölündə 3 dərəcə temperatur fərqi olacaq, yayda isə bu fərq 30 dərəcəyə qədər qalxacaq.

Şəhərin 175 hektarı Liujianq çayından keçir və ərazi 30 min nəfərin yaşaması üçün nəzərdə tutulub. İnsanlarla birlikdə bitki aləminin zənginliyi, meşələrin mövcudluğu buranı heyvanlar üçün də əlverişli yerə çevirəcək. Şəhərdə xəstəxana, iş mərkəzi, günəş panelləri, isitmə sistemi və s. lazımi obyektlər inşa ediləcək.

1956-cı ildə doğulan Stefano Boeri oxşar layihəsini Çinin hava şəraitinin həddindən artıq pis olduğu Şanxay və Honkonq şəhərlərində də reallaşdırmaq istəyir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.06.2018
“Mən mərhum atamla qarşılaşdım...” - Ölümdən sonrakı həyat
18.06.2018
Türkiyədə göydən pul yağdı - VİDEO
14.06.2018
İnanclı insanların uzunömürlü olması sübut olundu - ALİMLƏRDƏN İLGİNC ARAŞDIRMA...
13.06.2018
Xudu Məmmədovla Bəxtiyar Vahabzadənin heç yerdə görmədiyimiz fotosu yayıldı – İLK DƏFƏ
13.06.2018
“Ata, səhrada təzə dövlət qururam... ” - Türk düşməni olan məşhur xanım