Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6020

Digər sorğular

İrandan Ermənistana xoşagəlməz sürpriz:“Ermənistan hökuməti suveren qərar almaq iqtidarında deyil” Təhlil

22:37  |    13 Fevral 2018  |   E-mail  |  Çapa göndər

İranın Ermənistan səfiri Seyid Kazım Səcadi dünən İrəvan dövlət universitetində İranşünaslıq Mərkəzinin açılışında diqqətçəkən bir sıra bəyanatlar verib.

Birincisi, səfir deyib ki, İran Ermənistana “əlverişli qiymətlərə” qaz satmağa hazırdır. O, qeyd edib ki, İran kommunikasiya bölməsində, xüsusən də Şimal-Cənub avtotrası və Ermənistan-İran dəmiryoluna dair də addımlar atmağa hazırdır: siz öz hissəsnizi inşa edəcəksiniz, biz isə özümüzünkünü – səfir belə deyib.
Səfir bildirib ki, lakin ən maraqlısı – Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündən İran üçün mənfəət görməyib. “Siz görübsünüzsə, deyin” – səfir deyib.
Keçmiş səfirin ucuz qaz haqda açıqlamasını hesaba salmasaq – Ermənistanın keçmiş baş naziri bunu “diplomatik səhv” adlandırmışdı – iranlılar, adətən, bu qədər açıq mətnlə bəyanat vermirlər.

Energetika və kommunikasiya sistemindəki durum, doğrudan da, birmənalı deyil. Ermənistan Rusiya ilə şaxələndirməyə bütün cəhdləri məhv edən tam bir silsilə öhdəçilik sənədləri imzalayıb. Bu, Ermənistanın imkanlarını ifrat şəkildə məhdudlaşdırır, digər yandan, İran tərəfi də konkretlikdən yayınır, deyək ki, Ermənistana qazı hansı qiymətə tədarük etməyə hazır olduğunu bildirmir. Yeri gəlmişkən, İran energetikasına sorumlu olanlar deyirlər ki, Ermənistana qazı Rusiyanınkından ucuz sata bilməzlər. Lakin burada məsələ Ermənistanın İran öz qərarını qəbul edərkən üzləşə biləcəyi suveren qərarlarındadır. Deyək ki, İran kommunikasiyaya və yaxud yekunda Rusiyanın mülkiyyətinə keçəcək obyektlərə yatırım qoya bilmir. İranın artıq belə bir təcrübəsi var.

Beləliklə, Ermənistanla İran arasında inamsızlıq adlandırmaq olmasa da, “birinci addım” rejiminə keçid adlandırmaq mümkün olan özünəməxsus durum yaranıb – Ermənistan birinci addımı İrandan gözləyir, İran isə Ermənistandan.
Faktiki olaraq, İran “AİB-ə körpü” ideyasıyla parazitlik etmək istəyinə işarə vuraraq eyni zamanda Ermənistan hökumətinin suveren qərar çıxarmaq və böyük layihələri həyata keçirmək bacarığını şübhə altına alır. İran fakltiki olaraq bu ideyadan vaz keçir.

Tərcümə Strateq.az-ındır.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə
27.07.2018
Köçəryan istintaqa ifadə verir