Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6082

Digər sorğular

Sabahın hava PROQNOZU

17:31  |    13 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Bakı və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaziler.az-a verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 14-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 14-də Abşeron yarımadasında yağışlı və arabir güclənən küləkli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, fevralın 15-16-da meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amildir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.01.2019
Rəsulzadənin barelyefini bələdiyyə "oğurlayıbmış"
16.01.2019
Nazirdən ciddi kadr dəyişikliyi: İri şəhərlərə təyinat
16.01.2019
Hadi Rəcəbli slavyan xanımla rəqsindən danışdı: "Dünya dağılmayıb ki?"
16.01.2019
Sabah qar yağacaq, temperatur 10 dərəcə aşağı enəcək, şaxta olacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
16.01.2019
Pensiyaların verilməsinə başlanıldı