Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Rusiyada yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub

15:53  |    13 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Rusiyanın Orenburq şəhərində yanğında ölən azərbaycanlıların adları məlum olub.

Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata görə, hadisə zamanı 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, habelə 47 yaşlı Əmrah (soyadı dəqiqləşdirilməyib) ölüb.

Xəsarət alanlar isə 8 yaşlı Quliyeva Sevinc Zaur qızı, 19 yaşlı Quliyeva Aytən Eysevər qızı, 26 yaşlı Quliyeva Sadəqət Eysəvər qızı, 49 yaşlı Quliyeva Sevinc Şiraslan qızı və 82 yaşlı İzzət Quliyevadır.


Y. Məsimov yanğında həyatını itirən Leyla və Əmrah Quliyevlərin Rusiya vətəndaşı, qalanların isə Azərbaycan vətəndaşı olduğunu söyləyib. Onun sözlərinə görə, xəsarət alanlardan üçünün - Səadət Quliyeva, Sevinc Quliyeva
və İzzət Quliyevanın vəziyyəti ağırdır: "Hazırda onlar komadadır, süni nəfəsalma aparatına qoşulublar. Həkimlərin onların yaşamaq şansının çox az olduğunu bildirirlər".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda anasının tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxılıb
13.11.2018
Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı
12.11.2018
İcra başçısının keçmiş müavininin evinə basqın olub
12.11.2018
Ermənilər layiqli cəzalarını aldılar - Moskvadakı kütləvi davanın TƏFƏRRÜATI
11.11.2018
Moskvada ermənilərlə azərbaycanlılar arasında dava - VİDEO