Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5562

Digər sorğular

Qarabağ qazisi prezidentdən və Mehriban Əliyevadan kömək istəyir

11:07  |    13 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Vətəninfo.az xəbər verir ki, I Qarabağ müharibəsi qazisi, bir ayağını Vətən yolunda itirmiş I qrup Qarabağ əlili Çələbi Xəyyam Əyyub oğlu ağır xəstəliyə dücar olub.

Xəyyam Çələbi bu xəstəliyə 1 ilə yaxındır ki, tutulub və Səhiyyə Nazirliyinin ET Hematologiya və transfuziologiya İnstitutunda ilkin mərhələdə xəstəliyin qarşısını almaq üçün müalicəyə başlayıb. Artıq onun adıçəkilən İnstitutda ilkin müalicəsi başlayıb. İl ərzində 3 dəfə, yəni üç aydan bir həyata keçirilməli olan müalicə kursu həddindən artıq baha olduğundan Qarabağ qazisinin müalicəni davam etdirməyə maddi imkanı yoxdur.

Müxbirimizlə söhbətində Xəyyam Çələbi bildirib ki, xəstəliyin qarşısını almaq üçün bir ampula iynənin qiyməti 800 AZN-dir.

Çələbi Xəyyama müalicəsini sona qədər aparmaq üçün dəstək olmasa, onun həyatı təlükə altında qalacaq.

Qarabağ Qazisi bu xəstəlikdən xilas olmaq və zamanında müalicəsinin aparılması üçün Azərbaycan Respublikasının Prezidneti cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etməyə hazırlaşır.

Vətəninfo.az İnformasiya Agentliyi olaraq biz də möhtərəm prezidentimiz cənab İlham Əliyevdən və 1-ci vitse-prezidentiimiz Mehriban xanım Əliyevadan sağlamlığını Azərbaycanın ərazi bütövlüyü uğrunda itirmiş Xəyyam Çələbi Əyyub oğluna maddi köməklik göstərilməsi üçün öz dəstəklərini əsirgəməmələrini xahiş edirik.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.05.2018
NATO generalı kəşfiyyat bölüyünün təlimlərini izlədi - Fotolar
24.05.2018
Qarabağ döyüşçüsü özünə qəsd etmək istəyir – Səbail rayonunda özbaşınalıq
24.05.2018
Təhsil naziri: “Bakı məktəblərində 10 faiz sıxlıq var”
24.05.2018
Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək
24.05.2018
“Nə qədər yaltaqlıq ruhu olar?” - Sabir Rüstəmxanlı