Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5702

Digər sorğular

Ermənistanın işğalçı tərəf kimi göstərilməsi... - Metsamor AES

22:19  |    12 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin Tiflisdə keçirilən iclasında Azərbaycan nümayəndə heyəti Ermənistandakı Metsamor AES-in məsələsini qaldırıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Metsamor AES region ölkələri üçün ciddi təhlükə mənbəyidir.

O, iclasda iştirak edən Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyinin departament rəhbəri Vinsent Reyə müraciət edərək AES-in bağlanılması və ya yenidən qurulması ilə bağlı Aİ-nin hansı alətlərdən istifadə edə biləcəyi ilə bağlı sual ünvanlayıb. V.Rey Aİ-nin Ermənistandan Metsamor AES-in bağlanılmasını tələb etsə də, bu tələbin hələ də yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Toplantıda iştirak edən Avronest PA-nın həmsədri Rebeka Harms öz növbəsində Azərbaycan nümayəndə heyətinin Metsamor AES-lə bağlı mövqeyini dəstəkləyib.

Azərbaycan nümayəndə heyəti Metsamor AES-in Avronest PA-nın xüsusi məruzəsinə daxil edilməsi təklifi ilə çıxış edib. Bu məsələ ilə yanaşı azərbaycanlı deputatlar sənəddə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın işğalçı tərəf kimi göstərilməsi, Türkiyənin Afrin bölgəsində terrorizmə qarşı apardığı mübarizənin də əks olunmasının vacib olduğunu qeyd ediblər.

“Şərq tərəfdaşlığı” ölkələrində təhlükəsizlik məsələləri və Aİ-nin bu məsələlərdə rolunun artırılması” adlı məruzə Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava və Avropa Parlamentinin üzvü Gunar Hokmark tərəfindən hazırlanıb. Sənədin cari ilin iyul ayında Avronest PA-nın Brüsseldə keçiriləcək sessiyasında qəbul olunacağı gözlənilir.

Axar.az

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.07.2018
“Azərbaycan-Türkiyə münasibətlərini pozmağa kimsənin gücü çatmaz” - Səfir
20.07.2018
İtalyan nazirdən inanılmaz: Krımın işğalı qanunidir
18.07.2018
Bu şəhərin 90 faizi onlardan təmizləndi - Zaxarova
18.07.2018
Fələstinli uşaqları bombalamalıyıq - Bennett
18.07.2018
"İtaliya həmişə Azərbaycanın yanında olacaq" - Sercio Mattarella