Türkiyənin İdlibdə hərbi əməliyyatlara başlaması ehtimalı haqda onu deyə bilərik ki, Astana prosesi burada təhlükəsiz bölgənin yaradılmasını əsas məsələ kimi qarşıya qoyub.

“Hər şeydən öncə bunlar hərbçilər səviyyəsində müzakirə olunur. Təbii ki, terrorçulara qarşı birgə mübarizə Astana prosesinə daxil olan ölkələr üçün mühüm məsələdir. Lakin biz eyni zamanda Suriyanın ərazi bütövlüyünün, sabitliyinin qorunmasının tərəfdarıyıq”, - Boqdanov bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində təhlükəsizliyi təmin etdikdən sonra Menbiçə keçəcəklərini açıqlamışdı. İdlibə isə Rusiya və İranla razılaşma çərçivəsində əlavə qüvvələr göndərilib.
Sosial şəbəkələrdə paylaş
Bölməyə aid digər xəbərlər