Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

Nazirlikdə Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub

16:14  |    12 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, görüş ölkəmizdə sosial müdafiə, o cümlədən sosial yardım və pensiya siyasətlərində son irəliləyişlər barədə missiyanın məlumatlar əldə etməsi, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində gələcək birgə fəaliyyət istiqamətlərinin müzakirə olunması məqsədini daşıyıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində son illərdə atılan addımlar, həyata keçirilən sistem xarakterli islahatlar barədə məlumat verib. Nazir diqqətə çatdırıb ki, ölkədə idarəçilik və əhaliyə xidmət praktikasının yeni çağırışlara uyğun şəkildə və innovasiyalara, elmi-texnoloji yeniliklərə istinad şəraitində modernləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin dinamik inkişafını stimullaşdıran uğurlu islahatlar proqramının əsas prioritetlərindən biridir: “Bu prioritet əsasında son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sistem xarakterli islahatlar nəticəsində artıq milli əmək və sosial müdafiə sisteminin geniş əhali kontingenti ilə təmasların mövcud olduğu bütün aktual sahələri avtomatlaşdırılmış infrastruktur üzərində fəaliyyət göstərir. Azərbaycanda əmək münasibətləri, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılan və səmərəli idarəetməni, şəffaf xidmətlər şəbəkəsini formalaşdıran elektron sistemlər BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dünyanın qabaqcıl təcrübələri kimi dəyərləndirilib. Elektron sistemlərin qurulması nəticəsində vətəndaşların müvafiq xidmətlərdən məmurlarla kontaktlar qurmadan, şəffaf və onlayn rejimdə faydalanmasına imkan yaradılıb. Hazırda nazirliyin 30-a yaxın elektron xidməti fəaliyyət göstərir və həmin xidmətlərə böyük sosial tələbin ifadəsi kimi, təkcə son bir ildə onlardan 1 milyon 123 min dəfəyə yaxın, indiyədək isə 24 milyon dəfə istifadə olunub”.

S.Müslümov aparılan islahatların Dünya Bankı tərəfindən maraqla izlənilməsi və dəyərləndirilməsindən razılığını ifadə edib: “O cümlədən, ünvanlı dövlət sosial yardım sisteminin bütün prosedurlarının məmur-vətəndaş ünsiyyəti olmadan, tam elektron qaydada, şəffaf şəkildə həyata keçirilməsini təmin edən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə bağlı Dünya Bankının dəyərləndirməsini xüsusi qeyd etmək olar. Ötən il əməkdaşlarımız bu Təşkilatın müraciətinə əsasən onun Vaşinqton şəhərində (ABŞ) yerləşən mərkəzi ofisi üçün VEMTAS-ın videokonfrans vasitəsilə geniş təqdimatını da keçiriblər”.

Hazırda məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması istiqamətində işlərin artıq yekunlaşmaqda olduğunu qeyd edən nazir həmçinin əmək bazarında işçi qüvvəsinə tələbin ödənilməsinin elektron sistem üzərində daha səmərəli və çevik təşkilinin əsas hədəflərdən olduğunu bildirib.

S.Müslümov pensiya siyasətinin təkmilləşdirilməsi sahəsində ötən il aparılmış islahat tədbiri barədə də məlumat verib. Nazir 2017-ci il iyulun 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliklərin tam sığorta əsaslı pensiya təminatı sisteminə keçidə, bu sistemin pensiyaçıların rifahında təminedici rolunun güclənməsinə imkan yaratmaqla, eyni zamanda, işləyən əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsini stimullaşdırdığını diqqətə çatdırıb: “Ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələr əmək və sosial müdafiə sahələrinin institusional potensialının qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün qarşıya qoyulan hədəflərə nail olunmasında mühüm önəm kəsb edib. Müvafiq texniki yardım layihəsi çərçivəsində Təşkilatla qarşıdakı dövrdə də fəal əməkdaşlıq üçün aktual iş sahələri vardır”.

Missiyanın rəhbəri, Dünya Bankının aparıcı iqtisadçısı Aleksandra Posarak hər zaman mərhələsində ölkəmizin sosial müdafiə sistemində yeni irəliləyişlərin şahidi olduğunu, bu sistemdə səmərəliliyin və şəffaflığın, ünvanlılığın təmin edilməsi yönündə pozitiv proseslərin davam etməsindən məmnunluğunu ifadə edib. O, Dünya Bankının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatları dəstəklədiyini və nazirliklə uğurlu əməkdaşlığını davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

Görüşdə ölkəmizdə sosial müdafiə sahələrində aparılan islahatların, yeni elektron sistemlərin tətbiqinin nəticələri, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində görülən işlər müzakirə olunub, bu layihə üzrə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib
20.08.2018
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
18.08.2018
Yeni tikilən sosial əhəmiyyətli obyektlərə baxış olub
15.08.2018
Son üç ayda ƏƏSMN rəhbərliyi 3500-dən çox vətəndaş qəbul edilib
13.08.2018
Bakı Şəhər İcra Hakimiyyəti iaşə obyektlərinə xəbərdarlıq etdi