Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

Zərnigar Ağakişiyevanın xatirəsi yad edildi - FOTOLAR

15:45  |    12 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın üç mərasimi keçirilib.

Qaziler.az xəbər verir ki, mərasimdə Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artisti Arif Quliyev və başqaları iştirak edib.

Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Teatr rəhbəri qeyd edib ki, Z. Ağakişiyeva uzun illər Akademik Milli Dram Teatrında çalışıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların sevgisini qazanıb: “Biz Zərnigar xanımın timsalında çox istedadlı, görkəmli aktrisamızı itirmişik. Zərnigar Ağakişiyeva bütün həyatını teatra həsr edib. Onu ötən əsrin 60-cı illərdən tanıyırdım. Mən Əliheydər Ələkbərovla bir kursda çalışırdım. Sonra Əliheydər müəllimin səhhətində problem yarandı, dərslərə gələ bilmədi, onun kursunu mənə həvalə etdilər. Həmin kursda Zərnigar xanım da var idi. Qürur duyuram ki, həmin kursdan Azərbaycan teatrına Yaşar Nuri və Zərnigar Ağakişiyeva kimi aktyorlar gəldilər. Bu gün Zərnigar xanımın üç mərasimidir. Zərnigar Ağakişiyeva Qubada dəfn olunub. Akademik Milli Dram Teatrı onun dəfni üçün hər bir hazırlığı görmüşdü. Ailə üzvləri istədilər ki, onu özləri Qubaya aparsınlar. Allah Zərnigar xanıma rəhmət etsin, ruhu şad olsun. Onun xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq, Zərnigar xanımı həmişə hörmət və ehtiram hissi ilə yad edəcəyik”.

Qeyd edək ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub.O, M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
05.08.2018
“Qarabağa məktub” şeirinin müəllifi Abdurrahim Karakoç kimdir? - VİDEO
01.08.2018
Bir qrup kino xadiminə fəxri ad verilib - SİYAHI
31.07.2018
Xalq artisti Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub - FOTO - YENİLƏNİB
20.07.2018
Azərbaycan kino sənətinin unudulmaz siması: Ramiz Əzizbəyli - 70
17.07.2018
Efirdə əlbəyaxa dava edən aşıqlar barışdı - Video