Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6007

Digər sorğular

Aktyor Kamran İsrafilov 39 yaşında vəfat edib

17:44  |    12 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri, aktyor Kamran İsrafilov 39 yaşında vəfat edib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Aktyor bu gün səhər saatlarında evində beyin qansızması nəticəsində dünyasını dəyişib.

Mərhum Şüvəlan qəsəbəsində, "Mirmövsüm ağa" ziyarətgahının yanında dəfn olunacaq.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü K.İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin, İTV-də uşaq və digər verilişlərdə aparıcı olub, Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Şəmistan Əlizamanlı yenidən “Diriliş Ərtoğrul”da
08.12.2018
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO
06.12.2018
Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq
29.11.2018
“Onsuz yaşaya bilmərəm, Allah bizi ayırmasın” - Könül Xasıyeva
26.11.2018
Xalq artistimiz məşhur türk serialında rol alıb...-FOTO/VİDEO