Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5310

Digər sorğular

Qəzaya uğrayan təyyarədə bir azərbaycanlı da olub - SİYAHI

19:33  |    11 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Moskva vilayətinin Ramenski rayonunda qəzaya uğramış "An-148" təyarəsinin sərnişinlərinin tam siyahısı dərc olunub. Onların arasında 1 azərbaycanlının da adı var.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, siyahını "Ural56.Ru" portalı öz "Instagram" səhifəsinə yerləşdirib.

"Qeydiyyatdan keçən sərnişinlərin tam siyahısı. Onların hamısının təyyarədə olduğu məlum deyil", — deyə məlumatda bildirilir.

Siyahıda adı qeyd olunmuş şəxs Namiq Qəhrəmanovdur. Onun dəqiq hansı ölkənin vətəndaşı olduğu hələ məlum deyil.

Qəza Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində baş verib.

Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib.

Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçurmuş.

Aktiv transponderlər vasitəsi ilə təyyarələrin yerdəyişməsini izləyən "FlightRadar24" xidmətinin məlumatına görə, təyyarə Bakı vaxtı ilə 14:26-da birdən-birə yüksəkliyi itirib.

Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədədir.

Moskvada bir həftədir mürəkkəb hava şərait hökm sürür və bu gün səhərdən etibarən qar yağır.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Orenburqda yanğında xəsarət almış daha bir azərbaycanlı ölüb
19.02.2018
Bakıda təcridxanada saxlanılan türkiyəli öldü
19.02.2018
Ziya Məmmədovun villası yandı
18.02.2018
Bakıda qadını niyə doğrayıb zibilliyə atdılar? - SƏBƏB MƏLUM OLDU
18.02.2018
İranda sərnişin təyyarəsi qəzaya uğrayıb