Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Bakıda alman fotoqraf Sven Markvardın sərgisi keçiriləcək

23:18  |    09 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Fevralın 25-dən martın 7-dək Bakıda "Goethe İnstitut"unun layihəsi olan berlinli fotoqraf Sven Markvardın (red. Sven Marquardt) sərgisi təşkil ediləcək.

Əsasən səhnələşdirilmiş və ağ-qara fotolar çəkən Sven Markvard son vaxtlar Berlinin gecə həyatını təsvir edən fotolar çəkməyə başlayıb. Əsasən məşhur şəxsiyyətlərin gecə həyatını təsvir edən fotolar çəkməsi onu beynəlxalq aləmdə də məşhurlaşdırdı. İndi isə Bakıda həmin fotolardan ibarət sərgiyə hazırlaşır. Fevralın 25-dən martın 7-dək davam edəcək sərgidə siz fotoqrafın analoq avadanlıqdan istifadə etdiyi ağ-qara və rəngli portretlerini görə bilərsiniz. Fotoqraf həmin portretlərdə öz dostlarını, həmkar və yoldaşlarını da təsvir edib.

"Goethe-Zentrum Baku" tərəfindən “Kapellhaus”-a gətirilən "Altar - audiovizual instalyasiya" Svenin tanınmış texno-klub fiquru, DJ və musiqi prodüseri Marsel Detmanla birgə baş tutacaq. DJ Marsel Detmanın musiqisi Sven Markvardın dəyişən şəkillərində sürpriz və emosiyalar arasında balans yaradaraq sərginin ziyarətçilərinə Berlinin gecə atmosferini yaşamağa imkan verəcək.

Sərgi 24 fevral şənbə günü Kapellhausda (28 May küçəsi, 35) 17:00-da Sven Markvardın təqdimatı və müzakirəsi ilə başlayacaq. Tədbirdə ziyarətçilər Alman və Azərbaycan dilinə tərcümə sayəsində məlumatlana və maraqlı söhbətləri dinləyə bilərlər. Beləliklə, ziyarətçilər fotoqrafın keçmiş sovet Almaniyasında, daha dəqiqi Şərqi Berlində yaşadığı gənclik illərindən maraqlı əhvalatlar eşidəcək və suallarına cavab tapa biləcəklər. Nəzərinizə çatdıraq ki, prank üslubunda geyimi və xarici görünüşü ilə diqqət çəkən fotoqraf gənclik illərində maneələrlə üzləşirdi. Sərgi hər gün saat 14:00-dan 20:00-a qədər davam edəcək.

Moderator.az

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycanda xalq artisti adı almış ermənilər (SİYAHI)
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
20.09.2018
Bədənində qəlpə gəzdirən müharibə veteranı, əməkdar artist işdən niyə çıxarılıb? - VİDEOMÜSAHİBƏ
18.09.2018
Musiqinin Məcnunu - VİDEO
18.09.2018
“Sinif yoldaşları”nın premyerası olacaq