Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Zərnigar Ağakişiyeva bu gün Qubada dəfn olunacaq

12:47  |    09 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Xalq artisti Zərnigar Ağakişiyeva bu gün dəfn olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, o, doğulduğu Quba rayonunda, anasının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, aktrisanın cəsədi dünən Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

Tanınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycanda xalq artisti adı almış ermənilər (SİYAHI)
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
20.09.2018
Bədənində qəlpə gəzdirən müharibə veteranı, əməkdar artist işdən niyə çıxarılıb? - VİDEOMÜSAHİBƏ
18.09.2018
Musiqinin Məcnunu - VİDEO
18.09.2018
“Sinif yoldaşları”nın premyerası olacaq