Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5562

Digər sorğular

Əlilliyi olan şəxslər 1820 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib

16:28  |    08 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 1820 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin müraciətlərinə və ehtiyaclarına uyğun olaraq 1820 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib.

Onlardan 105 ədədini yuxarı və aşağı ətraf ortezi, 72 ədədini yuxarı və aşağı ətraf, habelə döş protezi, 447 ədədini müxtəlif reabilitasiya vasitələri, 41 ədədini bel və boyun nahiyəsi üçün korset təşkil edib. Həmçinin əlilliyi olan şəxslərə 20 cüt protez ayaqqabı, 364 cüt ortopedik ayaqqabı, 82 ədəd dördayaqlı dayaq vasitəsi, 92 cüt dirsəkaltı ağac, 52 cüt qoltuqaltı ağac, 148 ədəd əsa və s. verilib. Son bir ayda tibbi göstərişi olan əlilliyi olan şəxslərə isə 225 ədəd əlil arabası təqdim olunub.

Ötən ay ümumilikdə 965 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslərdən 95 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar olub.

Stasionar şəraitdə bərpa xidmətlərinin göstərilməsi işləri də davam etdirilib. Yanvar ayı ərzində Protez-Ortopedik Bərpa Mərkəzinin stasionar bölməsinə 61 nəfər əlilliyi olan şəxs qəbul edilib. Onlar ehtiyac duyduqları reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s.) ilə təmin olunublar.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Pensiyaların ödənişi başa çatdırılıb
22.05.2018
Böyükşor gölünün taleyi bəlli oldu: Bu ilin II yarısında...
22.05.2018
Sahil Babayev özbəkistanlı nazirlə görüşüb
21.05.2018
Çində tarixi qərar gözlənilir: Məhdudiyyət ləğv edilir
21.05.2018
UNEC-də Startap Günləri keçiriləcək