Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5562

Digər sorğular

ABŞ generalından şok: YPG-ni qorumaq üçün burdayıq - Foto

11:38  |    08 Fevral 2018  |   E-mail  |  Çapa göndər


ABŞ əsgərləri türk ordusunun 1.5 kilometrliyində, Menbiçlə “Fərat qalxanı”nın birləşdiyi ərazidə PKK terrorçuları ilə birlikdə keşik çəkir.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, ABŞ ordusunun yüksək rütbəli zabiti general Pol Funkın Menbiçə səfəri və burada PYD/YPG terrorçuları ilə çəkilmiş fotoları qardaş ölkədə böyük rezonans doğurub.

Məlumata görə, Menbiçin qərbində yerləşən, Türkiyə Silahlı Qüvvələrinin və ASO-nun “Fərat qalxanı” bölgəsinin sərhədindəki Səyyadə, Aseliyyə, Muhsinə, Əl-Fərat, Um Meadise, Şeyx Yəhya və Cübbəl Arus kəndlərində patrul xidməti aparan ABŞ əsgərləri Dandaniyə və Səyyadə kəndlərində PKK terrorçuları ilə birlikdə 24 saat ərzində keşik çəkməyə başlayıb.

General Pol Funk Menbiçdə jurnalistlərə verdiyi açıqlamasında ABŞ əsgərlərinin İŞİD-i tam məğlub etmək üçün burada olduqlarını və bölgədən çəkilməyəcəklərini deyib.

General eyni zamanda bildirib ki, ABŞ əsgərləri YPG-ni dəstəkləmək və Türkiyənin həyata keçirdiyi əməliyyatdan sonra gərginliyi azaltmaq üçün Menbiçdədirlər.

Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatından narahatlıq keçirib-keçirmədiyi ilə bağlı suala isə general belə cavab verib:

“Narahat deyiləm. Xidmət zamanı narahatlıq olmaz, mənim işim döyüşməkdir”.

Qeyd edək ki, Menbiç ərazisində 3 hərbi qərargah quran Pentaqonun Tışrin su anbarı bölgəsində də ən azı 300 əsgəri və bir bazası olduğu barədə məlumatlar var. PKK mövqelərində keşik çəkən ABŞ əsgərlərinin sayının isə 80 olduğu bildirilir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.05.2018
Əfqanıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq inkişaf etdiriləcək
22.05.2018
AMİP Etibar Məmmədovun oğlu ilə bağlı yayılan xəbərləri təkzib etdi
21.05.2018
Bakıda BƏT-in Baş direktorunun iştirakı ilə beynəlxalq konfrans keçirilir
21.05.2018
Tərcümə Mərkəzinin yeni layihəsi – “Azərbaycan ədəbiyyatı virtual aləmdə”
16.05.2018
Paşinyanın arvadı görmədiyi günləri yaşayır