Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6018

Digər sorğular

Türkiyənin əmək və sosial müdafiə naziri “Məzun evi” Sosial Müəssisəsində - FOTOLAR

21:18  |    02 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xanım J.Sarıeroğluna dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətdəki digər həmyaşıdları kimi həyatda özlərini layiqli şəkildə doğrulda bilmələrinə hərtərəfli imkan yaradılması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib.

Nazir vurğulayıb ki, dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü nəticəsində yaradılıb: “Müəssisədəki iki çoxmənzilli yaşayış binasında bu günədək 222 nəfər gənc mənzillə təmin edilib. Onların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub və hazırda “Məzun evi”ndə 137 ailə vardır. Bu ailələrdə 116 nəfər uşaq böyüyür”. S.Müslümov qeyd edib ki, hazırda müəssisə üçün üçüncü yaşayış binasının tikintisi də tamamlanmaq üzrədir. Həmin binada “Məzun evi” üçün uşaq bağçasının fəaliyyətə başlaması, müəssisənin ərazisində idman kompleksi və məktəbin tikilməsi, digər bir sıra sosial infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulub.

“Məzun evi”nin sakinlərinin məşğulluğunun təminatı istiqamətində də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdıran nazir bildirib ki, onların böyük əksəriyyəti müxtəlif müəssisələrdə, bir qismi müəssisənin özündəki ştat vahidlərində və s. münasib işlərlə təmin ediliblər: “Eyni zamanda ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Məzun evi”ndə xalça və tikiş sexləri də yaradılıb. Gənc sakinlərdən bir qrupu nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə iş yerləri ilə təmin olunublar. İki gün bundan əvvəl isə “Məzun evi”ndən daha 12 nəfər gəncin yaşıllaşdırma sahəsində daimi işlə təminatı həyata keçirilib”.

Xanım J.Sarıeroğlu “Məzun evi”ndə yaradılmış şəraitlə, müəssisədə fəaliyyət göstərən xalça və tikiş sexləri ilə yaxından tanış olub. O, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin hərtərəfli qayğı və dəstəklə təmin edilmələrinin, onlar üçün belə bir yaşayış şəraiti yaradılmasının Azərbaycan dövlətinin güclü sosial siyasət kursuna malik olmasının daha bir əyani nümunəsi olduğunu vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bakıda TSEK-lərin sayı 12-dən 5-ə endirilib
14.12.2018
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
13.12.2018
Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi
12.12.2018
Nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2018
Dövlət Məşğulluq Xidməti bu il 52 rayon və şəhərdə dəyirmi masalar keçirib