Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Məleykə Əsədova Ramiz Məlikdən apellyasiya şikayəti verib

15:17  |    01 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Xalq artisti Məleykə Əsədova ilə xalq artisti Ramiz Məlik arasında məhkəmə çəkişməsi davam edir.

Axşam.az-ın məlumatına görə, M.Əsədovanın yeni vəkili Ceyhun Yusifov "Report"a açıqlamasında bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Müdafiəçinin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən apellyasiya şikayətində müvəkkilinin 200 min manat məbləğində təzminatının təmin edilməsi istənilir.

C.Yusifov söyləyib ki, R.Məlik M.Əsədovanın şərəf və ləyaqətini təhqir etdiyi üçün hüquqi müstəvidə sona qədər mübarizə aparılacaq.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.

Lakin Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycanda xalq artisti adı almış ermənilər (SİYAHI)
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
20.09.2018
Bədənində qəlpə gəzdirən müharibə veteranı, əməkdar artist işdən niyə çıxarılıb? - VİDEOMÜSAHİBƏ
18.09.2018
Musiqinin Məcnunu - VİDEO
18.09.2018
“Sinif yoldaşları”nın premyerası olacaq