Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5628

Digər sorğular

“... müğənni qızla ailə qurmaq olmaz” - Elçindən qalmaqallı açıqlama

19:51  |    31 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Müğənni Elçin Hüseynov şou-biznesdə müzakirələrə səbəb olacaq açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, oğlanları gələcəkdə müğənni qızla ailə qura bilməz. Elçin bunun onun ailəsinə, nəslinə uyğun bir addım olmadığını söyləyib:

“Şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Mən demirəm ki, müğənni ilə qəti ailə qurmaq olmaz. Amma açıq deyim, bizdə müğənni qızla ailə qurmaq olmaz. Biz 8 övlad valdeynlərimizin məsləhəti ilə ailə qurmuşuq. Bugünkü gündə də nəslimizin bir ağsaqqalı var. Ailə, nəsil kiçik bir dövlətdir. Bu dövlətin də rəhbəri olur. O rəhbərin düzgün məsləhətli yolu olmasa olmaz. Qardaşım, bacım övladlarına məsləhəti mən verirəm. Aralarında ailə quranları da var. Onların da məsləhətlərini mən vermişəm. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil.

Şou aləmində müğənni ilə ailə quranlar da var. Yəni burda qəbahət bir şey görmürəm. Amma bu bizim ailəyə, qayda-qanunlarımıza uyğun deyil”.


E.Hüseynov bildirib ki, övladlarının gələcəkdə musiqi sahəsində olmasını istəməz:

“Dörd övladım var: 2 qız, 2 oğlan. İndi qəti deyə bilmərəm ki, gələcəkdə oğlanlarımdan hansısa musiqi sahəsində olmasın. Bu, Allahın qismətidir. Amma çalışacam ki, bu sahədə olmasınlar. Bu sahə hörmətli sahədir, mən nə etmişəmsə, müğənniliyim sayəsində etmişəm. Amma çox çətin sənətdir. Valideyn istəməz ki, övladı çətinlik görsün. Rəhmətlik atam da istəməzdi ki, övladları çətinlik görsün”.

Qeyd edək ki, illər öncə əməkdar artist Elnarə Abdullayeva da eyni açıqlamanı vermişdi. E.Abdullayevanin bu açıqlaması qalmaqal yaratmışdı. Əksər sənət dostları onun bu fikrinə etiraz etmişdi.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Könül Xasıyeva əməliyyat olunacaq
12.06.2018
Şahbaz Xuduoğlu kitabxanasını kimə hədiyyə edəcək? - Açıqlama
12.06.2018
“Manqurt” premyeraya hazırlaşır
11.06.2018
Samir Cəfərov məmurla dalaşdı: vəzifəsindən istefa verdi
08.06.2018
“Çağırsalar da, getmərəm” - Faiq Sücəddinov telekanallardan gileyləndi