Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5623

Digər sorğular

Muzey Musiqili Teatra təşəkkür məktubu göndərib

17:59  |    30 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrının solistləri yanvar ayının 25-i Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyi münasibətilə keçirilən tədbirdə fəal iştirak etmişlər.

Teatrın mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə ünvanladığı təşəkkür məktubunda deyilir: “Hörmətli Əliqismət müəllim! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyi ilə əlaqədar tədbirdə konsert proqramının hazırlanmasında rəhbərlik etdiyiniz teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Eleanora Mustafayeva, Əliməmməd Novruzov, Aydan Həsənova, Əmrah Dadaşov, Səməd Xasıyev, Şaban Cəfərov, Atəş Qarayev, konsertmestrlər Fidan Babayeva, Aysel Şahbazlı yüksək səviyyədə çıxış etmişlər. Buna görə şəxsən Sizə, adları çəkilən solist və musiqiçilərə təşəkkürümüzü bildiririk.”

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın imzaldığı təşəkkür məktubunda qarşılıqlı əlaqələrin vacibliyi bir daha vurğulanır: "Ümidvarıq ki, musiqi mədəniyyətimizin inkişafı istiqamətində bundan sonra da bizimlə əməkdaşlığı davam etdirəcək, birgə fəaliyyətimizə dəstək olacaqsınız”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
12.06.2018
Şahbaz Xuduoğlu kitabxanasını kimə hədiyyə edəcək? - Açıqlama
12.06.2018
“Manqurt” premyeraya hazırlaşır
11.06.2018
Samir Cəfərov məmurla dalaşdı: vəzifəsindən istefa verdi
08.06.2018
“Çağırsalar da, getmərəm” - Faiq Sücəddinov telekanallardan gileyləndi
05.06.2018
11 yaşlı azərbaycanlı uşaq İsveçdə hamını heyran qoydu