Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6008

Digər sorğular

Bakıda silahlı şəxslər saxlanılıb (FOTO)

16:28  |    30 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslər polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Natiq Ələkbərovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı “Revolver” tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxsin saxlanılması istiqamətində daha bir uğurlu əməliyyat həyata keçirilib.

Əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini Yalçın Takuzadə Binəqədi rayonu Sulutəpə qəsəbəsində saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.12.2018
Baş nazirin işdən çıxarılan müavini intihar etdi
11.12.2018
"Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq (VİDEO)
11.12.2018
Bakıda kişi arvadını 5-ci mərtəbədən ataraq öldürüb
10.12.2018
Bakıda spirtli içki qəbul edən Türkiyə vətəndaşı gecə klubunun qarşısında öldü
09.12.2018
“Moskva” univermağında yanğın olub