Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6198

Digər sorğular

Azərbaycanın 4 ölkədəki səfiri geri çağrılıb

03:31  |    30 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev, həmçinin Sabir Məmməd oğlu Ağabəyovun Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Tofiq Abdullayev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İbrahim Əsəd oğlu Hacıyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.03.2019
Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu
01.03.2019
Prezident Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı sərəncam imzalayıb
28.02.2019
Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb
16.02.2019
Prezident Siyavuş Novruzovu "Şöhrət" ordeni ilə təltif edib
11.02.2019
Milli komandalarımızda yeni baş məşqçilər - rəsmi