Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6198

Digər sorğular

Elxan Əhədzadənin xatirəsi yad edildi

21:59  |    29 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


SSRI xalq artisti Rauf Hacıyevin ikihissəli “Talelər qovuşanda” operettasının növbəti nümayişi milli vokal sənətinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti, mərhum aktyor Elxan Əhədzadənin 70 illik yubileyinə həsr olunub.

Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Qaziler.az-a bildirilib ki, tamaşadan əvvəlteatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edərəkgörkəmli aktyorun həyat və yaradıcılığı haqqında məlumat verib. O, özünəməxsus ifa tərzi olan sənətkarın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını vurğulayıb.

"Elxan Əhədzadə uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar yaradıb, əksər dövlət tədbirlərində öz ifası ilə yaddaşlarda iz qoyub. Bu gün baxacağımız tamaşada bir vaxtlar o, Əli obrazında çıxış edib. Elxan Əhədzadənin işıqlı xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”, - deyə T. Pənahqızı bildirib.


30 ildən çox Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərmiş Elxan Əhadzadə bu teatrın səhnəsində İmre Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, Frans Leqarın "Şən dul qadın" operettasında Qraf Danil, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” İntiligent Həsən, Sərdar Fərəcov, Əli Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkinin “Bir günlük siğə” əsərində Şərif, Rauf Hacıyevin ”Talelər qovuşanda” tamaşasında Əli, Qara Qarayevin "Çılğın Qaskoniyalı" əsərindəSirano De-Berjerak və s.bir çox yaddaqalan obrazlar yaradıb, rolları yüksək sənətkarlıqla ifa etmişdir. Görkəmli aktyor həmçinin “Çətirimiz buludlardır”, ”Üzü küləyə”, “Bəylik dərsi”, ”Babək”, “Ordan-burdan”, ”Həyat bizi sınayır” filmlərinə çəkilib.

Elxan Əhədzadə 2010-cu ilin oktybrında 62 yaşında vəfat edib. O, təkcə professional aktyor kimi deyil, həm də peşakar müğənni kimi popularlaşmışdı.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.03.2019
Prezident daha bir aktyora ev bağışladı
11.03.2019
Fuad Poladovun oğlu nişanlandı
10.03.2019
Azərbaycan gülüşünün milli brendi - Nəsibə Zeynalova
09.03.2019
Azərbaycanı "Eurovision 2019"-da Çingiz Mustafayev təmsil edəcək
08.03.2019
Brilliant Dadaşovadan Rasim Balayevə irad: “Belə sərt danışmazlar”