Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5555

Digər sorğular

Rəsmi Bakı “Zeytun Budağı” əməliyyatına münasibət bildirdi

15:52  |    21 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir.

Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir.

AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib: “Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun Budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır”.

H.Hacıyev deyib ki, Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır: “Biz qardaş Türkiyə və Türkiyə xalqının bir daha heç zaman xain terror hücumlarına məruz qalmamasını arzu edir və diləyirik”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Əsəd rejimi və İŞİD ANLAŞDI: KONVOY YOLA ÇIXDI
21.05.2018
Dəmirdaşın həbsi ilə bağlı yeni xəbər
21.05.2018
Putin gül verərək, Merkeli təhqir edib? - Peskovdan cavab
21.05.2018
Ərdoğana sui-qəsd məhkəməsi: 21 nəfərə hökm oxundu
21.05.2018
Ərdoğan, Putin və Ruhani nə zaman görüşəcək?