Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5314

Digər sorğular

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

13:17  |    21 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanlı çoban Pərvin Səfərov “O səs Türkiyə” mahnı müsabiqəsinin ikinci turunda “Yorğun illərim” adlı mahnı ilə çıxış edib.

Modern.az xəbər verir ki, Murad Bozun komandasında olan iştirakçımız 3 nəfər arasından növbəti tura keçməyi bacarıb.

Bu barədə Kult.az-a danışan ifaçı növbəti tura keçdiyinə görə həm çox sevindiyini, həm də təəccübləndiyini bildirib: “Əslində növbəti tura keçəcəyimi gözləmirdim. Bu tura xüsusi hazırlaşsam da, səhnədə yenə də istədiyim performansı göstərə bilmədim. Həm də bu turda əvvəlkindən fərqli olaraq səhnəyə iki rəqiblə çıxmışdım. Murad bəy məni yox, onlardan birini də seçə bilərdi. Seçim anında inanılmaz həyəcanlı idim. Gözlərimi yumub gözləyirdim ki, həyəcanımı üstələyə bilim”.

Qeyd edək ki, Pərvin Səfərov bir müddət əvvəl sosial şəbəkələrdə yayılan bir ifasından sonra məşhurlaşmış və “O səs Türkiyə” mahnı müsabiqəsinə dəvət almışdı.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.02.2018
"Həkim səhlənkarlığı olmuşdu, mənə lazımsız dərmanlar verilmişdi" - Aşıq Azər
19.02.2018
Aygün məhkəməyə gəlmədi - yaşayış yerini dəyişib
16.02.2018
Şəmistan Əlizamanlıdan “Zeytun budağı” əməliyyatına dəstək – “Yürüyün, əsgər!” mahnısını ifa elədi - VİDEO
15.02.2018
Röya Ayxanın Aygün Bəylərə qarşı iddiası məhkəmə baxışına verilib
14.02.2018
Leyla Əliyevanın şeirlər toplusu Moskvada satışa çıxarılıb