Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5628

Digər sorğular

Qərənfilə bürünən Şəhidlər Xiyabanı - FOTOLAR

21:58  |    19 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Sabah 20 Yanvar faciəsinin 28-ci ildönümüdür.

Xatırladaq ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

Bununla bağlı Şəhidlər Xiyabanında görülən hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.

Publika.az-ın əməkdaşı Səfiyar Məcnunun Xiyabandan hazırladığı fotoreportajı təqdim edirik:

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.06.2018
PAMBIQÇILARI ZƏHƏRLƏYƏN ŞİRKƏTLƏR MƏLUM OLDU - Heydər Əsədovun adı hallanır
21.06.2018
Narınclar kəndində məcburi köçkünlərlə görüş - FOTO
20.06.2018
Lerikin 3 kəndindən Milli Məclisə müraciət: "Bizi köçürün..."
12.06.2018
Təhsil Nazirliyi: ““Kids studio” uşaq bağçası qanunsuz fəaliyyət göstərib”
12.06.2018
190 azərbaycanlı zəngin Türkiyənin Alanya şəhərində villa alıb - ŞOK QİYMƏTLƏR