Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5555

Digər sorğular

“İş yerinə dair arayış” elektron xidmətinə müraciətlər artıb

15:21  |    19 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


2017-ci ildə bu e-xidmətdən əvvəlki ilə nisbətən 48,3 faiz
çox istifadə edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən 2017-ci il ərzində əvvəlki illə müqayisədə 48,3 faiz çox olmaqla 337 749 dəfə istifadə edilib.

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayında hər ay artım dinamikası özünü göstərir. Buna misal olaraq, 2017-ci ilin dekabr ayında bu e-xidmətə müraciətlərin sayı əvvəlki noyabr ayına nisbətən 16,7 faiz, 2016-cı ilin dekabr ayına nisbətən isə iki dəfəyə qədər artaraq 41 382-yə çatıb.
Həmin e-xidmətdən istifadəyə böyük ictimai maraq onun əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsə istənilən vaxt onlayn rejimdə öz iş yeri barədə arayış əldə etməyə imkan verməsindən irəli gəlir. Bununla da vətəndaşların müvafiq hallarda qeyd olunan arayışı almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə ehtiyac qalmır. E-xidmətdən istifadə zamanı formalaşdırılan arayışı istifadəçi çap edərək kağız şəklində aidiyyəti təşkilata təqdim edə, yaxud arayış tələb olunan təşkilata elektron yolla göndərə bilir. Arayışın təqdim edildiyi hər hansı təşkilat onun düzgünlüyünü, bu sənəddə əksini tapan məlumatların doğru olub-olmadığını portaldakı xüsusi e-xidmət vasitəsilə yoxlaya bilir.

“İş yerinə dair arayış” e-xidməti 3 ildən çoxdur ki, fəaliyyət göstərir və ötən müddətdə “Elektron hökumət” portalının e-arayışlar bölməsində ən çox istifadə edilən e-xidmətlər sırasında olub. İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə 815 mindən çox müraciət qeydə alınıb ki, bu da portaldakı 18 növdə e-arayış xidmətləri üzrə edilən ümumi müraciətlərin təqribən yarıya qədəri deməkdir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Çində tarixi qərar gözlənilir: Məhdudiyyət ləğv edilir
21.05.2018
UNEC-də Startap Günləri keçiriləcək
18.05.2018
“Qaçqınkom”un yeni sədri 100 yaşlı köçkünə ev verdi –FOTO
17.05.2018
MİDA səhvi etiraf etdi: Mənzil seçimi yenidən təşkil olunacaq
17.05.2018
Əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib - NAZİR